Fransa Ermənistanın və Qarabağ separatçılarının dərdini çəkərkən, Afrika qitəsini itirmək üzrədir. Afrika ölkələrinin bir qismi 1960-cı illərə qədər Fransanın müstəmləkələri olub. Bu ölkələr o illərdə müstəqillliklərini qazansalar da, Fransa sonrakı mərhələdə yatırımlarla Afrika ölkələrinin bir qismini nəzarətdə saxlamağa çalışıb. Ancaq son illər Afrika ölkələri Fransa ilə siyasi, iqtisadi və hərbi əlaqələrdən imtina etməyə başlayıblar.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Nigerdə baş verən dövlət çevrilişi haqda qeyd edib.
Politoloqun fikrincə, bir neçə il əvvəl Malidə və Burkino-Fasoda hakimiyyəti ələ keçirən hərbçilər Fransa ilə əlaqələri miminuma endiriblər. Bu ölkələrdə Fransa televiziya kanallarının yayımı qadağan edilib:
“Nigerdəki hərbi çevriliş Fransaya növbəti zərbədir. Çünki Paris Nigeri Afrikada ən yaxın tərəfdaşı sayırdı. Ancaq bu ölkədə də hərbçilər prezidenti devirdikdən sonra Fransa əleyhinə fikirlər söyləməyə başlayıblar. Hərbçilər və onlara dəstək verənlər Fransa hərbçilərinin ölkəni tərk etməsini istəyirlər. Fransanın Nigerdə təxminən min nəfərlik hərbçi heyəti var. Nigerdə avqustun 3-də fransız dili rəsmi dil statusundan məhrum edilib. Niger dünyada uran istehsalının həcminə görə yeddinci, Afrikada isə ikinci ölkədir. Fransa urana ehtiyacı olan əsas Avropa ölkəsidir. Nigeri itirmək Fransa üçün daha ağrılıdır. Çünki Niger Avropa İttifaqını, o cümlədən Fransanı uranla təmin edən 3 ölkədən (digər ikisi Kanada və Qazaxıstandır) biridir”.
Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
Politoloq qeyd edib ki, Fransada elektrik enerjisinin 75 faizi ölkədəki atom elektrik stansiyalarından əldə edilir:
“Uran olmadan bu stansiyalar çalışa bilməz. Fransa hökuməti iki illik uran ehtiyatına malik olduğunu açıqlayıb. Ancaq Niiger əldən çıxarsa, Fransa başqa ölkədən uran idxal etmək məcburiyyətində qalacaq. Problem yalnız uranla da bağlı deyil. Fransanın Afrikada itirdiyi ölkələr Rusiya və Çinlə əməkdaşlığa üstünlük verirlər. Fransa qara qitədə sürətlə nüfuzunu itirməkdədir. Makronun Cənubi Qafqaz siyasəti bərbad olduğu kimi Afrika siyasəti də uğursuzdur. Fransa Afrikadakı yerdə qalan tərəfdaşlarını Nigerə qarşı sərt mövqe sərgilməyə çalışır. Belələri var, ancaq Mali və Burkino-Faso Nigerə qarşı hərbi əməliyyatın əleyhinədir”.
- 70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi