Kiprdə bufer zonada olan BMT sülhməramlı qüvvələrinin nümayəndələrinin orada yaşayan yerli türklərə qarşı hərəkətləri qəbuledilməzdir və regionda gərginliyə səbəb olur.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
“Sülhməramlı qüvvələrin Şimali Kipr Türk Respublikasının sakinlərinə qarşı hərəkətləri bizim üçün qəbuledilməzdir. Təəssüf ki, onlar regionda gərginliyin artmasına səbəb olub, onların nə hüquqi, nə də humanitar əsasları var”, - Ərdoğan bildirib.
Xatırladaq ki, daha öncə Türkiyə Xarici İşlər Nazirliyi BMT-nin sülhməramlı qüvvələrinin bu addımını pisləmişdi.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı