“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə prosesi davam etdirilib.
BUTA.TV xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə Kompleksində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Bəkir Orucovun və Ziya Kazımovun 12 il 6 ay, İntiqam Məmmədovla Ülvi Rəşidovun 10 il 6 ay, Rahib Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillərə müdafiə çıxışı üçün sentyabrın 14-nə kimi vaxt verilib.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.
- Büdcədə 2 milyarda yaxın profisit yarandı
- Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - Foto
- Müdafiə və milli təhlükəsizlik xərcləri kəskin artırıldı
- İrəvanın ümidi Ərdoğanın getməsidir - Solonnikov
- AB-nin Ankara və Bakıya “türk zərbəsi”: Cavabı olacaq!
- Britaniya səfiri Zəngəzurda: dəhliz planında yeni səhifə açılır?
- Pezeşkian 4 vali, deputatlar, 110 iş adamı ilə Bakıya gəlir - Tarix açıqlandı
- Moskvada Əliyev-Putin-Paşinyan görüşü olmayacaq!