“Ziraat Bank Azərbaycan”ın problemli kreditləri 2023-cü ilin ilk yarısında 69,4 milyon manata çatıb.
“Yeni Sabah”ın araşdırmasına görə, bu, ilin əvvəli ilə müqayisədə 25,7% və 14,2 milyon manat çoxdur. 2023-cü ilin yanvar ayının 1-nə bankın vaxtı ötmüş kreditləri 55,2 milyon manat təşkil etmişdi. Bu dövrdə bankın vaxtı ötmüş kreditlərinin ümumi portfeldə payı 17,4%-dən 20%-ə kimi yüksəlib.
Problemli kreditlərin 68,6 milyon manatı biznes kreditlərinin (ilin əvvəlində 54,6 milyon manat), 685,6 min manatı istehlak kreditlərinin (ilin əvvəlində 568,5 min manat) və 82,2 min manatı (ilin əvvəlində olmayıb) isə daşınmaz əmlak kreditlərinin payına düşüb.
Bu dövrdə bankın vaxtı ötmüş biznes kreditləri 25,6% və ya 13,9 milyon manat artıb. İstehlak kreditləri üzrə isə bu rəqəm 20,6% və ya 117,1 min manat artıb.
- Dağlara sığınmış mavi palitra - Səma yerə necə endi? - Fotolar
- Azərbaycanda bu məşhur məkana giriş pullu oldu - Video
- Sənədsiz ev sahiblərinin nəzərinə: Çıxarış almaq üçün...
- Komitə rəsmisindən valideynlərə müraciət: Erkən evlilik...
- "Əhmədli"də küçə satıcıları yığışdırıldı - Video
- Azərbaycanda vergi borcları 4 milyardı ötdü
- Toyu çəkən İTV əməkdaşlarına hücum edildi - Video
- Məşhur şadlıq sarayı 2,5 milyona satışa çıxarıldı - Foto