Avtobusu idarə edən zaman Tiktokda canlı yayım açan sürücü işdən azad edilib.
Bu barədə BUTA.TV-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman Tiktok platformasında canlı yayım açmasına dair görüntülər yayılıb. Məsələ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən dərhal araşdırılıb.
Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.
- “Ganja Cup 2026” başa çatdı - Fotolar
- 4 azərbaycanlı cinayət başında yaxalandı
- Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
- Sabah 40 dərəcə isti olacaq
- Füzuli meydanına gedən yol vaxt açılacaq?