Bakı Xankəndiyə siyahı təqdim etdi: Onlar qandallanacaq!

12:02 - 21 Sentyabr 2023 - CƏMİYYƏT

 Bakı Xankəndiyə siyahı təqdim etdi: Onlar qandallanacaq!

Azərbaycan Ordusunun Qarabağda başlatdığı antiterror tədbirlərinin qarşısında dayana bilməyən erməni separatçıları təslim oldular. 

2023-cü il sentyabrın 20-də saat 13:00-dan etibarən lokal xarakterli antiterror tədbirləri dayandırılıb.  BUTA.TV xatırladır ki, şərtlərə əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyacaq, döyüş mövqelərindən və hərbi postlardan çıxacaq və tam şəkildə tərksilah olunacaqlar.

Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edəcək, qeyri-qanuni erməni silahlı dəstələri buraxılacaqdır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil veriləcək.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Bu proseslərin Qarabağdakı Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin ediləcək.

Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün rəsmi Bakının Qarabağın erməni sakinlərinin nümayəndələri sabah - sentyabrın 21-də Yevlaxda görüşəcəklər.

Bu arada Ermənistanın “Hraparak” nəşri maraqlı bir məlumat yayıb.

Sözügedən məlumata görə, Azərbaycan tərəfi ağır cinayətlərdə ittiham olunan bir qrup separatçının siyahısını hazırlayaraq Xankəndiyə - Qarabağ ermənilərinin nümayəndələrinə göndərib.

Rəsmi Bakı siyahıda adları qeyd olunan şəxslərin humanitar dəhliz qarşısında Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini tələb edib.

Qeyd edilir ki, “qara siyahı”ya qondarma “Artsaxın liderləri”, Xankəndidəki xuntanın qurulmasında xüsusi rol oynamış şəxslər, habelə bəzi hərbçilər daxildir. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol