Qarabağ ətrafında bir çox gözləntilər Fransanın və şəxsən Prezident Emmanuel Makronun vasitəçiliyi ilə bağlı idi.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Görün bu, nəyə gətirib çıxardı. Paris vasitəçilik gündəminə mane olmağa çalışdı və Fransanın hamıdan, xüsusən də Rusiyadan daha yaxşı vasitəçilik edə biləcəyini söylədi. Rusiya vasitəçi kimi öz funksiyalarını yerinə yetirdiyi bir vaxtda nizamlanmaya doğru sülh yolu ilə irəliləmək üçün həqiqətən də yaxşı, fundamental əsaslar var idi. Qərb ideologiyası situasiyaya girməyə başlayan kimi hər şey dəyişdi”, - Zaxarova bildirib.
XİN rəsmisinin sözlərinə görə, bu, Qərbin vasitəçiliyinə meyil edəcək hər kəs üçün dərs ola bilər:
“Axı Paris bu dəfə özünü birtəhər izah etmək üçün heç bir söz tapmağı belə lazım bilmədi. Axı ən azı son bir ildir ki, Paris ən azı rəsmi İrəvan baxımından əsas vasitəçi olduğunu daim deyir...”
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi