İran və Fransanın Ermənistandakı səfirləri Mehdi Sübhani və Olivye Dekkotini bu gün görüşüblər.
BUTA.TV xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, səfirlər Ermənistandakı və regiondakı hadisələri müzakirə ediblər.
Görüşə münasibət bildirən politoloq Elxan Şahinoğlu qeyd edib ki, müxtəlif məsələlərdə bir-birləriylə yola getməyən, bir-birinin ünvanına sərt tənqidlər səsləndirənlər Azərbaycanın erməni separatizminə qarşı mübarizəsinə gəldikdə, nə hikmətdirsə, bizə qarşı birləşirlər:
“Görüş İran səfirliyində olub. İki səfir Ermənistandakı və bölgədəki vəziyyəti müzakirə ediblər. Aydındır ki, “bölgədəki vəziyyət” dedikdə Azərbaycanın Qarabağdakı antiterror tədbirləri nəzərdə tutulur. Bu iki ölkənin səfiri Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini müzakirə etmək üçün heç zaman bir araya gəlməzlər. Çünki Fransa Ukraynanı, İran Rusiyanı dəstəkləyir. Cənubi Qafqazda isə Fransa və İran Ermənistanı dəstəkləyirlər. Ona görə Ermənistana dəstək məsələsində bir araya gəlirlər. İran və Fransa Azərbaycanın bölgədə artan rolundan narahatdırlar. Çünki hər ikisi anlayır ki, Qarabağda separatizmə son qoyan Azərbaycan hər zaman bunların dəstəklədiyi Ermənistandan öndə olacaq. Fransa və İran bunun tam tərsini istəyir. Ancaq reallıq fərqlidir və bu reallığı Paris və Tehran dəyişə bilməyəcəklər”.
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Qadını mağazada döydü - Saxlanıldı+Video
- DYP dəhşətli qəzanın görüntülərini yaydı - Video
- İstanbulda nəhəng çəyirtkələr evlərə kimi gəldi - Video
- 44 günlük Müharibə qəhrəmanı 44 yaşında
- Sabunçuda açıq ərazidə yanğın başladı
- BDU-nun professoru vəfat etdi
- 2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır