Ən ölümcül, səssiz qatil adlandırılan mədəaltı vəzi xərçəngi simptomsuz başladığı üçün həkimlər hər əlamətə diqqətli olmağa çağırır.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, onkoloq Andrey Vorobyov güzgüdə üzə baxmaqla mədəaltı vəzi xərçəngindən şübhələnməyin mümkünlüyünü açıqlayıb.
“Bu orqanda xərçəng özünü o vaxt büruzə verir ki, artıq 3-cü mərhələni keçib. Demək olar ki, nadir halda ilk mərhələdə yaxalamaq olur.
Birinci olmasa da, ikinci dərəcədə əlamətlərdən birini üzdə görmək olar.
Bu üzdə sarılıqdır. İnsanın üzü və göz ağı sarı rəng alır. Xüsusən tünd qaraşın, qəhvəyi dərili insanlarda bu az hiss olunur. Ağrısız, heç bir simptomsuz, sadəcə sarılıq artıq siqnal ola bilər. Bu zaman orqanizmdə bilirubin normadan artıq toplanır. Çünki mədəaltı vəzi xərçəngində şiş öd axarlarını bloklaya bilir.
Digər əlamətlər çəki itkisi, iştahsızlıq, kürək və qarında ağrılar və qəfil diabetin başlanmasıdır”, - onkoloq qeyd edib.
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər