ABŞ Polşadan Kiyevə dəstəyin dayandırılması ilə bağlı izahat tələb edib.
BUTA.TV xəbər verir ki, bu barədə "Blumberq" agentliyi yüksək rütbəli Pentaqon rəsmisinə istinadən məlumat yayıb.
Adının açıqlanmasını istəməyən avropalı rəsmi isə qeyd edib ki, Kiyev və Varşava arasındakı fikir ayrılıqları Ukraynanı dəstəkləyən alyansda “çatlara” səbəb olmayıb. Bununla belə, Polşanın ukraynalıları dəstəkləməkdə konkret mövqeyi qeyri-müəyyən olaraq qalır.
Avropalı diplomatın sözlərinə görə, Polşa rəsmiləri xarici həmkarlarını əmin ediblər ki, Varşava Ukraynaya daha az həcmdə də olsa, hərbi dəstək verməyə davam edəcək. O vurğulayıb ki, Varşavadan hərbi dəstəyin tamamilə dayandırılması NATO birliyini poza bilər.
Qeyd edək ki, Polşa Ukraynadan taxıl ixracına qadağa qoyub. Buna cavab olaraq, Ukrayna da Polşadan soğan, pomidor, kələm və almaya embarqo tətbiq edib.
Polşa baş naziri isə Ukraynaya daha silah tədarük etməyəcəklərini açıqlayıb.
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Qadını mağazada döydü - Saxlanıldı+Video
- DYP dəhşətli qəzanın görüntülərini yaydı - Video
- İstanbulda nəhəng çəyirtkələr evlərə kimi gəldi - Video
- 44 günlük Müharibə qəhrəmanı 44 yaşında
- Sabunçuda açıq ərazidə yanğın başladı
- BDU-nun professoru vəfat etdi
- 2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır