Azərbaycanın strateji valyuta rezervləri 67 milyard ABŞ dollarına çatıb ki, bu da, ilin əvvəli ilə müqayisədə 14,5 % çoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycanın 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında Baş nazir Əli Əsədov deyib.
Ə. Əsədovun sözlərinə görə, hazırda ölkənin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb:
"Bu ilin ötən dövründə xarici ticarət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirilib".
- FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Qadını mağazada döydü - Saxlanıldı+Video
- DYP dəhşətli qəzanın görüntülərini yaydı - Video
- İstanbulda nəhəng çəyirtkələr evlərə kimi gəldi - Video
- 44 günlük Müharibə qəhrəmanı 44 yaşında
- Sabunçuda açıq ərazidə yanğın başladı
- BDU-nun professoru vəfat etdi