Rusiyanın Ukraynaya qarşı müharibəsi uzun sürməyəcək.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.
"Uzun müharibə anlayışı ola bilməz. Baxın, bu gün cəbhədəki vəziyyət Ukrayna tərəfi üçün kifayət qədər uğurla inkişaf edir. Təsəvvür edin ki, indi iki yüz ATACMS, iki yüz ədəd F-16 təyyarəsi olsaydı, hansı uzun müharibədən danışmaq olardı? Bütün bunlar, təxminən, Azərbaycanın Qarabağdakı antiterror əməliyyatı qədər çəkərdi. Bu reallıq indi Putinin ətrafında olan insanların qarşısındadır", - politoloq qeyd edib.
Onun sözlərinə görə, Baxmut və ya Tokmakın Ukrayna ordusu tərəfindən tutulmasının bir-iki həftəyə baş verəcəyini düşünsək, bu, Putinin güc strukturları elitasında partlayış üçün əvəzsiz tətik olacaq.
- Argentina antirekordla tarixə düşdü - Foto
- Finaldan sonra əlbəyaxa dava - Video
- Messi məğlubiyyətə ağladı - Fotolar
- Hikmət Hacıyev ispan pilotlarla bağlı filmi paylaşdı - Video
- İspaniya dünya çempionudur! - Video-Yenilənib
- Bakıda nərd turniri keçiriləcək
- Bakıda qadını narkozsuz əməliyyat etdilər - Video
- FIFA DÇ-dən bu qədər pul qazandı