Xəbər verdiyimiz kimi, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana birgünlük işgüzar səfər edəcək.
BUTA.TV xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi Ərdoğanın Naxçıvana səfər planı haqda məlumat yayıb.
Məlumata görə, Prezident Ərdoğan və Prezident Əliyev arasında keçiriləcək görüşlərdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müzakirə olunacaq. Aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.
Ərdoğan və Əliyevin İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəkləri gözlənilir.
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video
- DÇ-2030-dan imtina edə bilərlər
- Prezidentin Qırğızıstan səfərindən - Görüntülər