Dünəndən etibarən Azərbaycanın Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar xeyli sayda Xankəndidən olan pasiyent qəbulu üçün boşaldılıb və bu xəstəxanalar əlavə tibb işçiləri ilə gücləndirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, bütün humanitar ehtiyaclara yerlərdə cavab vermək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və birbaşa Qarabağın erməni sakinləri ilə müntəzəm əlaqə saxlanılır:
"Yanıqların müalicəsi üçün xüsusi hazırlanmış dərmanlar və digər tibbi ləvazimatlar göndərilib. Bundan əlavə, ərzaq yardımı da çatdırılıb. Yardımlar bu gün və yaxın günlərdə də davam etdiriləcək”.
“Həmçinin, tibbi yardıma ehtiyacı olanlardan ötrü Ermənistandan Qarabağa tibbi heyətin olduğu helikopterin daxil olması təmin edilib. Bundan əlavə, biz hazırda Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə təxliyələrin həyata keçirilməsi və yardımların çatdırılması üçün BQXK-nın müstəsna giriş imkanının təmin edilməsi üzərində işləyirik”, - o bildirib.
- “Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları
- Sabah bu ərazilərdə qaz kəsiləcək
- Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi - Foto
- “Sabah”dan doğma meydanda qələbə - Video-Yenilənib
- "Ezamiyyə vəsiqələri" ilə bağlı yenilik...
- Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - “Gizli görüş”lə bağlı
- Bakıda daha bir küçə təmirə bağlanır
- “Limon turşusu” həbs olundu - Foto