Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.
BUTA.TV xəbər verir ki, 26 sentyabrda hər biri dizel və benzin yüklü avtomobillər Xankəndiyə yola salınıb.
Yük avtomobilləri 30 illik fasilədən sonra yeni açılan Ağdam-Əsgəran-Xankəndi yolu ilə göndərilib.
Qeyd edək ki, yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələrinin bölgəyə yanacaq göndərilməsilə bağlı xahişləri nəzərə alınaraq göndərilib.
Bundan öncə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yüklü iki avtomobil Qarabağa yola salınmışdı.
- Bakıda daha bir küçə təmirə bağlanır
- “Limon turşusu” həbs olundu - Foto
- Nigar Fərhad haradadır?
- Qaradağ kanalında batan şəxsin meyiti tapıldı
- Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur
- Süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları...
- Mərkəzi Gömrük Hospitalına yeni hüquq verildi
- “Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya