Rusiya telekanallarının yayımı dayandırılsa, bu, İrəvanın “müstəqillik hərəkatı”na başladığını sözdə deyil, konkret addımlarda da göstərməyə hazır olduğunu sübut edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan Feysbuk səhifəsində yazıb.
“Çağırışlar eşidirəm ki, Ermənistan hakimiyyətini tənqid etmək əvəzinə, konkret hansı addımları atmalı olduqları ilə bağlı təkliflər verilməlidir. Müxtəlif platformalarda bir neçə belə təkliflər səsləndirmişəm. Onlardan biri ölkəmizdə tirajlanan Rusiya telekanallarının Ermənistanda ictimai multiplekslərdən çıxarılmasıdır. Ermənistanın Televiziya və Radio Komissiyasının nümayəndələri iddia edirlər ki, onlar hökumətə ölkədə “Pervıy” və “Rossiya 1” kanallarının ictimai multipleks yayımına dair Rusiya ilə hökumətlərarası sazişi ləğv etməyə imkan verən hüquqi əsaslar təqdim ediblər”, - Navasardyan bildirib.
- Bakıda daha bir küçə təmirə bağlanır
- “Limon turşusu” həbs olundu - Foto
- Nigar Fərhad haradadır?
- Qaradağ kanalında batan şəxsin meyiti tapıldı
- Anası stadion təmizləyir, o isə məşq edirdi... - İndi dünya çempionudur
- Süni intellektin inkişafı ilə bağlı məsul dövlət qurumları...
- Mərkəzi Gömrük Hospitalına yeni hüquq verildi
- “Vətənə xəyanət edənlərə yazığım gəlir” - Hikmət Hacıyevdən Tural Sadıqlıya