Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, onun diplomatik müşavirləri Saymon Mordyu və Maqdalena Qrononun rəhbərliyi ilə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.
BUTA.TV Aİ Şurasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı iştirakçılar Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.
Hikmət Hacıyev Azərbaycanın humanitar yardım göstərmək və yerli əhalinin təhlükəsizliyini təmin etmək planlarından danışıb.
Görüş həmçinin oktyabrın 5-də Qranadada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin (EPC) üçüncü sammiti çərçivəsində liderlərin mümkün görüşünün aktuallığı barədə iştirakçılar arasında intensiv fikir mübadiləsi aparmağa imkan verib.
“Aİ hesab edir ki, Qranadada mümkün görüşdən həm İrəvan, həm də Bakı daha əvvəl Praqa və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə təsdiqləmək üçün istifadə etməlidirlər”, - Aİ Şurasının mətbuat xidmətinin məlumatında deyilir.
- 14 yaşında cinayət törətdi, 100 il həbs cəzası aldı
- Afrikada yerləşən Avropa - 500 illik mübahisə necə alovlandı? - Fotolar
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
- Kanala yıxılan şəxs belə xilas edildi – Video