Biz Ermənistanın dini lideri 2-ci Qaraginlə həmişə Patriarx Kiril cənabları vasitəsilə ikitərəfli görüş keçirmişik. Bu gün onun apardığı revanşizm siyasəti, müharibəyə çağırışı, erməniləri qarşıdurmaya səsləməsi səbəbindən hələlik onunla görüş mümkün deyil. Onun əməlləri bu görüşün baş tutmasına imkan yaratmır.
BUTA.TV xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə deyib.
"Gələcəkdə həyatı başa düşəndən sonra, top-tüfənglə deyil, danışıq yolu ilə gəlib yaxınlaşacaqsa, biz də onunla danışıq yolu ilə bu işləri görə bilərik. Allah şəhidlərimizə rəhmət eləsin. Müstəqilliyimiz və suverenliyimiz üçün həyatını qurban verənlərə Allahdan rəhmət diləyirəm. Bu yolda yaralı olanlar var, Allah onlara da tezliklə şəfa versin", - deyə QMİ sədri qeyd edib.
- Qazaxıstandan Xəzər dənizi ilə bağlı açıqlama
- Rusiya heç Ukraynanı məğlub edə bilmir – Orban
- Atasının başını yarıb, qızını qaçırdılar...
- Bu rayonda yasda ehsan verilməsi ləğv edildi
- Sərhədlərin açılması üçün bütün ssenarilərə hazırıq - Akopyan
- Zelenskinin arvadından Azərbaycanla bağlı açıqlama
- ABŞ-ın Rusiyaya “vahiməli” sanksiya paketi: içində nələr var?
- Azərbaycanda qırıcı sayı Ermənistandan 10 dəfə çoxdur - Forbes