“Dağlıq Qarabağ”ın keçmiş “dövlət naziri” Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtinası onun şəxsi seçimidir. Bu, Rusiya pasportunun necə qiymətli olduğuna şübhə edənlər üçün yaxşı nümunə ola bilər.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Konstitusiya komitəsinin üzvü Aleksandr Başkin deyib.
O bildirib ki, Rusiya vətəndaşlığından imtina etdiyi üçün Vardanyan Rusiyadan yardım ala bilməyəcək:
“Vətəndaşlıqdan imtina etmək könüllü seçim idi, buna görə də bu addımın bütün hüquqi nəticələri onun seçimidir. Düşünürəm ki, onun vətəndaşlıqdan könüllü çıxmasının hüquqi nəticələri olacaq. Ona görə ki, indi Rusiya Federasiyasından yardım ala bilmir və almayacaq da”.
O qeyd edib ki, bu vəziyyət Rusiya vətəndaşlığının qiymətsizliyinə şübhə edənlər üçün yaxşı nümunədir:
“Kiməsə doğuşdan taleyin hədiyyəsi kimi bu cür şans verilir. Bu, bir daha taleyin, doğuşun, ata-ananın bəxş etdiyinin qədrini bilməyin lazım olduğundan xəbər verir”.
Qeyd edək ki, Ruben Vardanyan bu gün “Laçın” postundan Ermənistana keçmək istəyərkən saxlanılıb. Kremlin mətbuat katibi Dmitri Peskov Vardanyanı “yalnız Rusiya vətəndaşlığı olacağı halda” müdafiə edəcəklərini bildirmişdi. Bəlli oldu ki, Vardanyan Rusiya vətəndaşlığından rəsmən imtina edib və onun vətəndaşlıqdan çıxarılması ilə bağlı Prezident Putin 2022-ci ilin dekabrında fərman imzalayıb.
- Azərbaycanda zəlzələ oldu
- Nəriman Həsənzadə vəfat etdi
- 14 yaşında cinayət törətdi, 100 il həbs cəzası aldı
- Afrikada yerləşən Avropa - 500 illik mübahisə necə alovlandı? - Fotolar
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı