Türkiyənin Samsun bölgəsinin Atakum rayonunda yerləşən bağ evində azərbaycanlı qadın 39 yaşlı Jalə Bağırovanın meyiti tapılıb.
BUTA.TV Türkiyə mediasına xəbər verir ki, qadının döş qəfəsindən güllə yarası aldığı müəyyən edilib.
İddiaya görə, Bağırova birgə yaşadığı Cavid Geçər adlı polis məmuru ilə bağ evində birgə spirtli içki qəbul edib.
Daha sonra polis ayaqyolunda olarkən silah səsi eşidib. O, otağa daxil olduqda Bağırovanın sinəsindən güllə yarası aldığını görüb.
Çağırışla hadisə yerinə gələn ekspertlər qadının Geçərin tapançasından açılan atəşlə öldüyünü müəyyən ediblər. Olayın intihar, yaxud qətl hadisəsi olduğu aydınlaşdırılır.
Saxlanılan polis məmuru barəsində həbs-qətiimkan tədbiri seçilib.
- “Ganja Cup 2026” başa çatdı - Fotolar
- 4 azərbaycanlı cinayət başında yaxalandı
- Oğlu öldürülən ata qisas almağa çalışdı - 5 illik həbs edildi
- Sumqayıtda avtomobil təmiri sexi yandı - Video
- Naxçıvanda pensiyalar ödənildi
- Tarixi görüşün ildönümündə İlham Əliyevə zəng etdi
- Sabah 40 dərəcə isti olacaq
- Füzuli meydanına gedən yol vaxt açılacaq?