Qarabağın erməni sakinləri üçün daha 32 ton benzin göndərilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərinin ehtiyaclarının təmin olunması üçün təxirəsalınmaz tədbirlər davam etdirilir.
Sentyabrın 27-də bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 32 ton benzin dolu növbəti avtomobil yola salınıb.
- Nəriman Həsənzadə vəfat etdi
- 14 yaşında cinayət törətdi, 100 il həbs cəzası aldı
- Afrikada yerləşən Avropa - 500 illik mübahisə necə alovlandı? - Fotolar
- Bu universitetlərdə boş yerlər qalacaq
- Bakıda Ayfon-17 niyə bu qədər baha satılır? - Səbəb
- Bakıda binanın altından metroya keçid inşa edilir - Video
- 3 ay əvvəl müşavir təyin edilmişdi - Ayrıldı
- Sürücülərin diqqətinə: Bu yollarda hərəkət məhdudlaşdırılır