Rusiya Prezidenti Vladimir Putin, müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və “Vaqner”in keçmiş komandiri Andrey Troşevlə görüşüb.
BUTA.TV xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
“Özünüz bir ildən çox belə bir hissədə vuruşmusunuz. Bunun nə olduğunu, necə edildiyini bilirsiniz, döyüş işinin ən yaxşı və uğurlu şəkildə getməsi üçün əvvəlcədən həll edilməli olan məsələləri bilirsiniz”, - Putin Troşevə müraciətində deyib.
Qeyd edək ki, “Sedoy” ləqəbli Andrey Troşev təqaüddə olan polkovnik, “Vaqner”in keçmiş qərargah rəisidir. O, Yevgeni Priqojinin 23-24 iyunda baş vermiş silahlı üsyanını dəstəkləməyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Andrey Troşevin artıq Rusiya Müdafiə Nazirliyində işləydiyini deyib.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı