Fransanın Nigerdən çıxması Paris üçün təhqir və məğlubiyyət idi.
BUTA.TV xəbər verir ki, bunu Fransa Respublikaçılar Partiyasının lideri Erik Skiotti deyib.
“Biz zillət və məğlubiyyət yaşadıq. Afrika qitəsini tərk etmək Paris üçün ciddi nəticələrə və onun təsirinin azalmasına səbəb ola bilər”, - Skiotti bildirib.
Qeyd edək ki, sentyabrın 24-də Fransa Prezidenti Emmanuel Makron Fransa səfirinin Niameydən geri çağırıldığını, həmçinin Nigerdə hakimiyyəti ələ keçirmiş çevrilişçilərlə hərbi əməkdaşlıqdan imtina etdiyini açıqlayıb. O, Fransanın hərbi qüvvələrinin ilin sonuna qədər bu ölkədən çıxarılacağını da elan edib.
- Dəqiqədə 700 min dollardan çox qazanıblar…
- Xəstəxananın damında “Əzrail” peyda oldu - Foto
- Sabah Bakının bu rayonunda qaz olmayacaq
- Azərbaycanın notasından sonra - Gürcüstan XİN-dən açıqlama
- Uşaqlar üçün internetdə yeni dövr başlayır
- Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
- Poverbankla bağlı xəbərdarlıq: Bu hallarda təhlükəlidir - Video
- “Qarabağ” Bakıya məğlub qayıdır - Video-Yenilənib