Ermənistan və Rusiya üçün İrəvanla bağlı həqiqət anı gəlib çatdı. Ermənistanın Roma Statutunun ratifikasiyasının Putinə aidiyyəti olmadığı barədə sözləri yalandan başqa bir şey deyil.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı tarixçi və ekspert Modest Kolerov Ermənistan parlamentinin Vladimir Putinin ekstradisiyasını və həbsini tələb edən Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etməsini şərh edərkən deyib.
“İrəvan da bunu bilir. Ermənistan bu qərarı bilərəkdən KTMT-dən çıxmaq və Qarabağdakı Rusiya sülhməramlılarına qarşı ittihamlarla uyğunlaşdırır. Paşinyan ilk olaraq 2020-ci il məğlubiyyətindən sonra 100 min ermənini Qarabağa yerləşdirib, onları girov götürüb, indi isə oradan çıxarıb. Və Rusiyadan başqa heç kim onların təhlükəsiz sığınacağını təmin etməyib. İrəvanda rusofobiya artacaq. Amma bu yeni xəbər deyil”, - o bildirib.
- FHN onlar üçün maarifləndirmə tədbiri keçirdi
- Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapıldı
- Əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaşdır
- “20 Yanvar”dakı kafedən idarə edilən dəstə - Milyonlar mənimsəyib
- Bakıda 38 dərəcə isti olacaq
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb