Ermənistan parlamentinin BCM-nin Roma statutunu ratifikasiyası əslində Rusiya Prezidenti Vladimir Putinin bu ölkəyə girişinə qadağa kimi də qiymətləndirilə bilər.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin deyib.
“Ermənistan BCM-nin Roma statutunun ratifikasiyasının əhəmiyyətini hər cür azaltmağa çalışır və əmin edir ki, bunu Rusiya dövlət xadimlərinə şamil etməyəcək. Digər tərəfdən, biz bu ratifikasiyanı qeyri-dost hərəkət kimi rəsmi şəkildə qınadıq. Yaxın gələcəkdə Rusiya prezidentinin Ermənistana səfəri üçün heç bir perspektiv görmürəm. İrəvan bilir ki, bu cür hərəkətlər əslində Rusiya lideri üçün Ermənistana girişin qadağan edilməsi deməkdir. Bu baxımdan Paşinyan və onun həmkarları ardıcıl addım atırlar. Onlar ötən ildən Rusiyanın siyasi və ictimai xadimlərinin ölkəyə girişinə qadağa qoyublar”, - o bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu