Fransanın xarici işlər naziri İrəvanda deyib ki, ölkəsi Ermənistanla hərbi saziş imzalamağa və Ermənistana hərbi texnika satmağa hazırdır. Narahat olmağa dəyməz, əksinə Fransanın Ermənistana silah satmaq istəyi digər Avropa ölkələrinin Azərbaycana silah və hərbi texnika satmaq yolunu açacaq.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, uzun illər Avropa Birliyi ölkələrinin Azərbaycana və Ermənistana silah və hərbi texnika satılmaması barədə ortaq qərarı var idi:
“Fransa bu qeyri-rəsmi embarqo qərarını Ermənistanın xeyrinə pozacaqsa, digər Avropa ölkələri Azərbaycanın siah və hərbi texnika satmaq istəyəcəklər. Bu sırada ilk növbədə İtaliyanın adını çəkə bilərik. Şərqi Avropa ölkələrinin də müxtəlif silah və hərbi texnika istehsalı mövcuddur”.
- Bakıda 38 dərəcə isti olacaq
- Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...
- Rusiyadan Azərbaycana sifarişlər ləğv edilir - Səbəb
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı
- Peşə təhsili müəssisələrinə qəbul başladı
- Bakıda kişi evində ölü tapıldı
- Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
- Respublika üzrə pensiya ödənişi yekunlaşdı