ABŞ, Avropa Birliyi və Rusiyanın yüksək rütbəli rəsmiləri İstanbulda Qarabağdakı vəziyyətlə bağlı gizli danışıqlar aparıblar.
BUTA.TV xəbər verir ki, bu barədə “Politoko” öz mənbələrinə istinadla yazıb.
Yüksək səviyyəli diplomatın iddiasına görə, sentyabrın 17-də keçirilən görüşdə Qarabağdakı “blokada”, Ermənistandan gələn humanitar yardımların buraxılması üçün Bakıya təzyiqlərin edilməsi müzakirə edilib.
Nəşr bildirib ki, görüşdə ABŞ-ı Vaşinqtonun Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, Avropa Birliyini Toivo Klaar, Rusiyanı Prezidentin Ermənistanla Azərbaycan arasında əlaqələr üzrə xüsusi nümayəndəsi İqor Xovayev təmsil edib.
Bu görüşdən cəmi 2 gün sonra – 19 sentyabrda Azərbaycan Ordusunun ildırımsürətli antiterror tədbiri keçirməsi və 24 saat müddətində bütün problemləri həll etməsi diqqət çəkir. Belə ki, Qarabağın “blokadası” ətrafında regiondan kənar böyük güclərin qurmağa çalışdığı oyunu Bakı gözlənilmədən darmadağın edib və hər kəsi fakt qarşısında qoyub.
- Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi
- İlham Əliyev daha bir fərman imzaladı
- İlhamə Novruzova vəzifəsindən azad edildi
- İlham Əliyevdən məcburi köçkünlərlə bağlı fərman
- FHN onlar üçün maarifləndirmə tədbiri keçirdi
- Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapıldı
- Əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaşdır