İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Bagiri ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bagiri bölgədə gərginliyin davam etməsinin Ermənistan və Azərbaycanla yanaşı regionun digər ölkələrinin də maraqlarına zidd olduğunu deyib.
Tehranın Azərbaycan və Ermənistan arasında problemlərin həllinə kömək etməkdə maraqlı olduğunu deyən Bagiri iki ölkənin sərhədlərinə nəzarətçilər göndərməyə hazır olduqlarını bildirib.
“Heç bir ölkənin müdafiə gücünün və hərbi potensialının artırılması təcavüzkar məqsəd və niyyətlərlə müşayiət olunmamalıdır. Regiondan kənardan yeni aktorların olması mürəkkəbliyi və gərginliyi artırır”, - iranlı general deyib.
- Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi
- İlham Əliyev daha bir fərman imzaladı
- İlhamə Novruzova vəzifəsindən azad edildi
- İlham Əliyevdən məcburi köçkünlərlə bağlı fərman
- FHN onlar üçün maarifləndirmə tədbiri keçirdi
- Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapıldı
- Əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
- Ölkəmiz beynəlxalq biznes dairələri üçün etibarlı tərəfdaşdır