Oktyabrın 6-da İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfər edəcək.
BUTA.TV xəbər verir ki, iranlı nazirin 2 günlük səfər çərçivəsində Azərbaycanın bir sıra rəsmiləri, o cümlədən Baş Nazirin müavini Şahin Mustafayev və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşü nəzərdə tutulur.
Səfər çərçivəsində İranla Azərbaycan arasında arasında Astara yük terminalının tikintisi, Astaraçay üzərində avtomobil körpüsünün, gömrük və sərhəd infrastrukturunun yaradılması kimi layihələrin icrası müzakirə ediləcək.
Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da yaxşılaşdırılması müzakirə olunacaq.
- 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
- Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz
- Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi
- İlham Əliyev daha bir fərman imzaladı
- İlhamə Novruzova vəzifəsindən azad edildi
- İlham Əliyevdən məcburi köçkünlərlə bağlı fərman
- FHN onlar üçün maarifləndirmə tədbiri keçirdi
- Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapıldı