Əfsuslar olsun ki, ölkədə yayılan virusun nəylə bağlı olduğu barədə rəsmi məlumat yoxdur. Amma dünyada bu gün hələ də koronavirusdan başqa digər virus və xəstəliklər, yəni epidemik dalğa yoxdur. Bunu nəzərə aldıqda bu virusun COVİD-19 olduğu məlum məsələdir.
Bu barədə BUTA.TV-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri, professor Əlizamin Sadıqov deyib.
Professor qeyd edib ki, bu virusu əvvəlkindən fərqləndirən cəhət isə bu xəstəliyin qısa müddətdə bitməsidir:
“Əvvəl xəstəliyin müddəti daha uzun çəkərdi. İndi hərarət yüksəlməsi, burun tutulması, baş, boğaz ağrısı müddətində azalma var. Əvvəllər hərarət 20-25 gün davam edərdi. İndi bu müddət daha qısadır və fəsadları da azdır.
Hazırda COVİD-19-un “eris” deyilən variantı dünyanın 57 ölkəsində qeydə alınıb. Bizdə koronavirusun hansı variantı olmasıyla bağlı rəsmi statistika, genetik analiz yoxdur. Qeyd edim ki, bu virus cəmiyyət üçün təhlükə törətmir və ölüm halları yoxdur. Bu da vaksinin effektindən və insanların təbii immunitetindən irəli gəlir. Amma bir qrup insan var ki, heç vaxt vaksin olmayıb, koronaya yoluxmayıb və immuniteti zəifdir. Bu virus həmin insanlar, yaşlılar və körpələr üçün təhlükəli ola bilər”.
Sadıqovun sözlərinə görə, risk qrupundan olan insanların vaksin vurdurması çox vacibdir:
“Yaşlı insanlar və körpələr virusdan qorunmalıdır. Risk qrupu olan insanların 6 aydan bir COVİD-19 vaksini vurdurması zəruridir. Təbii ki, infeksiyadan qorunma tədbirləri görməliyik. Xəstə olanda şəxs evdə qalmalı, məsafəni qorumalı və maskaya əməl etməlidir”.
- Azərbaycanlılarla qarşılaşdım, bizdən zəifdirlər, amma... - Aqabekyan
- Bu da Stalinin məşhur bunkeri - FOTO
- Şok: qəzadan sağ çıxdı, evakuatorun trosu isə öldürdü
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi