Separatçıların “qara siyahısı”nda neçə nəfər var? – “Onların üz cizgiləri və görünüşləri...”

14:35 - 5 Oktyabr 2023 - CƏMİYYƏT

 Separatçıların “qara siyahısı”nda neçə nəfər var? – “Onların üz cizgiləri və görünüşləri...”

“Azərbaycanın Qarabağ separatçıları ilə bağlı siyahısına dair çoxsaylı manipulyasiyalar var. Çünki rəsmi mənbələr konkret olaraq nə qədər şəxsin tələb edildiyini, ümumiyyətlə, isə belə bir tələbin ortaya qoyulması barədə heç bir informasiya yaymayıb”.

Bunu   açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Qarabağda antiterror əməliyyatından sonra separatçılar və qeyri-qanuni erməni hərbi birləşmələri çoxsaylı təxribatlar törədiblər:

“Bu təxribatların müəyyən bir qismi bəlli olsa da, digərləri barəsində hazırda məlumatlı deyilik. Şübhəsiz, zaman keçdikcə bununla bağlı bəzi məsələlərə aydınlıq gətiriləcək. Xankəndi yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinin partladılması ilə bağlı baş verən hadisə də, əslində, separatçıların qarışıqlıq yaratmaq və insanların kütləvi şəkildə “Laçın” sərhəd-keçid məntəqəsindən keçməsi üçün törədilmişdi. Bu da qətiyyən şübhə doğurmur. Ola bilsin ki, onların üz cizgiləri və görünüşləri barəsində Azərbaycan tərəfində məlumat olmadığı üçün həmin şəxsləri müəyyənləşdirmək mümkün olmayıb və onlar Ermənistan ərazisinə keçiblər”.

E. Mirzəbəyli əlavə edib ki, erməni mənbələri müxtəlif şəxslərin Ermənistan ərazisinə keçirilməsində bilavasitə Rusiya sülhməramlılarının iştirakının olduğunu xüsusi şəkildə vurğulayır:

“Bu da məqsədyönlü xarakter daşıyır. Çünki bölgədə Azərbaycan polisi ilə Rusiya sülhməramlıları birgə patrul fəaliyyəti həyata keçirirlər. İndiki şəraitdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində onların iştirakı mövcuddur. Həm də ermənilərin Rusiyaya kifayət qədər aqressiv bir yanaşma tərzini nəzərə alsaq, bunun kökündə Azərbaycanı qıcıqlandırmaq durur”.

Siyasi təhlilçinin fikrincə, separatçı rejimin başçılarından, əsas şəxslərdən gedirdisə, onlar faktiki olaraq saxlanılaraq Azərbaycanın xüsusi xidmət orqanlarına təhvil veriliblər:

“Bəziləri hələlik saxlanılmayıb. Eyni zamanda, əsas fiqurların bir çoxu hazırda Ermənsitandadır. Söhbət Serj Sarksiyan və Robert Koçaryandan gedir. Onların da ədalət məhkəməsindən qaça bilməyəcəyini düşünürəm”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol