Culfa rayonunda iaşə obyektinin tikintisi zamanı Vidadi Gülməmmədovun xəsarət alması faktı üzrə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda araşdırma aparılıb.
Naxçıvan Muxtar Respublikası Prokurorluğundan BUTA.TV-a bildirilib ki, araşdırma zamanı dövlət mülkiyyətində olan torpaq sahəsində aparılan tikinti işlərinə cəlb olunmuş şəxslərlə əmək müqaviləsinin bağlanmaması, onların əməyin mühafizəsi qaydaları ilə təlimatlandırılmaması, həmçinin işçilərin fərdi texniki mühafizə vasitələri ilə təmin edilməməsi və təhlükəsizlik qaydalarının pozulmasının qarşısını almaq üçün hər hansı tədbirin görülməməsi müəyyən edilib.
Fakta görə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 188.4.1 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 222.1 (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
- Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video
- Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar
- 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
- Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz
- Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi
- İlham Əliyev daha bir fərman imzaladı
- İlhamə Novruzova vəzifəsindən azad edildi