Beynəlxalq axtarışa verilmiş daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən BUTA.TV-a bildirilib ki, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının və «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Çingiz Akif oğlu Mahmudzadənin ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Çingiz Mahmudzadənin xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Ç.Mahmudzadə oktyabrın 5-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstandan ölkəmizə gətirilib.
- Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video
- Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar
- 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
- Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz
- Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi
- İlham Əliyev daha bir fərman imzaladı
- İlhamə Novruzova vəzifəsindən azad edildi