Azərbaycan torpaqlarını azad etdi, Ermənistan isə səhvlərini davam etdirir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini, sabiq baş nazir Binəli Yıldırım “Türk Dünyası Notariat Birliyinin qurulması haqqında” sənədin imzalanma mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, keçmiş Minsk Qrupu və digər beynəlxalq təşkilatlar Qarabağın işğaldan azad olunması üçün heç bir addım atmayıblar:
"Nəhayət, Azərbaycan 30 ildən sonra özü öz işini gördü, torpaqlarını azad etdi. Amma Ermənistan diasporun təhriki ilə səhvlərini davam etdirir. Ermənistan enerjisini inkişafa sərf etmək əvəzinə, qeyri-qanuni fəaliyyətlərlə məşğul olur. Azərbaycan Qarabağı terrorçulardan tamamilə azad etdi".
O əlavə edib ki, Türk dövlətləri arasında əməkdaşlıq günü-gündən inkişaf edir:
"Bu, bizi sevindirir. Türk Dövlətləri Təşkilatı kimisə narahat etməməlidir. Bu qurum kiməsə qarşı deyil. Amma o da bilinməlidir ki, biz kimsədən qorxmuruq”.
- Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video
- Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar
- 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
- Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz
- Mopedlərlə əlaqədar bəzi dövlət rüsumları təsdiqləndi
- İlham Əliyev daha bir fərman imzaladı
- İlhamə Novruzova vəzifəsindən azad edildi