Separatçıların işinə beynəlxalq vəkillər cəlb edilə bilər?

09:10 - 6 Oktyabr 2023 - GÜNDƏM

 Separatçıların işinə beynəlxalq vəkillər cəlb edilə bilər?

Araik Arutyunyan və digər separatçı-terrorçuların müdafiəsində xaricdən gələn vəkillər yalnız müşahidəçi kimi iştirak edə və ya kənardan məsləhət verə bilər. Əslində, bu cinayətkarların törətdiyi əməllər o qədər açıq dəlillərlə mövcuddur ki, onların azad edilmə şansları yoxdur.

Bu sözləri BUTA.TV-a “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov istintaqa cəlb olunan keçmiş separatçı rejimin rəhbərlərinin müdafiəsində beynəlxalq vəkillərin iştirakının mümkünlüyündən danışarkən deyib.

Vəkil bildirib ki, Azərbaycan Respublikasının qanunlarına görə, onların müdafiəsini azərbaycanlı vəkillər həyata keçirməlidir:

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, ölkəmizdə qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. Əgər prosesə xaricdən gələn vəkillər qoşularsa, onlar yalnız müşahidəçi kimi iştirak edə bilər. Yaxud da öz məsləhətlərini verə bilərlər”.

Bu xəbər hal-hazırda çox oxunur
Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Səməd Vəkilov müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad olma məsləsinə də münasibət bildirib:

“Cinayət Məcəlləsinin 75.3-cü maddəsinə əsasən, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axını dayanır. Müddətin axını həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Odur ki, hazırki şəraitdə barəsində həbs qərarı seçilmiş təqsirləndirilən şəxslərin müddət axını həbs müddətindən hesablanmalıdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol