Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenin xarici siyasət təşəbbüslərini tənqid edərək onu səlahiyyətlərini aşmaqda ittiham edib.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” nəşri məlumat yayıb.
Mişel alman nəşrinə müsahibəsində vəzifə səlahiyyətlərindən sui-istifadəyə misal olaraq, fon der Leyenin Tunislə miqrasiya müqaviləsini göstərib:
“Ursula fon der Leyen bunu Niderlandın və İtaliyanın baş nazirləri Mark Rutte və Corciya Meloni ilə birlikdə imzaladı, lakin AB Şurası kənara qaldı”.
Avropa Komissiyasının sözçüsü Arianna Podesta isə Mişelin bəyanatını “qismən yalan” adlandırıb:
“Avropa Komissiyası yayın əvvəlindən Tunislə razılaşmaya dair danışıqlar aparır. Ən mühüm məqamlar və danışıqların gedişi barədə dəfələrlə üzv dövlətlərin səfirlərinə hesabat verib. AK 2023-cü ilin iyununda qəbul etdiyi nəticələr də daxil olmaqla, Avropa Şurasının tam siyasi dəstəyinə malikdir və qeyri-qanuni miqrasiya ilə mübarizədə praktiki və effektiv irəliləyiş əldə edir”.
- Beyləqanda silahlı insidentlə bağlı istintaq tamamlandı
- Şahin Şıxlinski ilə bağlı şok qərar
- “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
- Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video
- Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar
- 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
- Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz