Prezident daha 1 sərəncam, 1 fərman imzaladı

17:54 - 6 Oktyabr 2023 - CƏMİYYƏT

 Prezident daha 1 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 2965 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi”ndə dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

BUTA.TV sərəncamən mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 avqust tarixli 2965 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 882; 2011, № 2, maddə 143, № 6, maddə 534, № 9, maddə 810; 2012, № 1, maddə 18, № 3, maddə 248; 2013, № 5, maddə 548, № 11, maddə 1346; 2014, № 1, maddə 28, № 2, maddə 174, № 9, maddələr 1080, 1108; 2015, № 11, maddə 1361, № 12, maddə 1552; 2016, № 3, maddə 531; 2017, № 5, maddə 919; 2018, № 2, maddə 269, № 10, maddə 2043; 2019, № 4, maddə 687; 2020, № 2, maddə 166; 2021, № 12, maddə 1445; 2023, № 6, maddə 805) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan daxili işlər orqanları əməkdaşlarının, Daxili Qoşunların hərbi qulluqçularının və Daxili İşlər Nazirliyinin sisteminə işə götürülən mülki işçilərin ştat sayı həddi”ndə dəyişikliklər təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Dövlət orqanlarında (qurumlarında) normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Normativ hüquqi aktlar” informasiya sistemi yaradılsın.

2. “Normativ hüquqi aktlar” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

3. “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

4. Müəyyən edilsin ki:

4.1. “Normativ hüquqi aktlar” informasiya sistemi (bundan sonra — Sistem) Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, digər dövlət orqanları, habelə nizamnamələrinə əsasən normativ hüquqi akt layihələrinin hazırlanmasında iştirak etmək səlahiyyəti olan Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılan publik hüquqi şəxslər, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən normativ hüquqi aktların layihələrinin hazırlanmasını, digər dövlət orqanları (qurumları) ilə razılaşdırılmasını və yuxarı orqanlara təqdim olunmasını elektron qaydada təmin edir;

4.2. Sistemin sahibi funksiyalarını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, operatoru funksiyalarını Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

5.1. normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Sistemin aparılması və saxlanılması ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi üçün, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

6.1. Sistemin formalaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görsün;

6.2. Sistemin “Hökumət buludu”nda yerləşdirilməsi üçün texnoloji mühiti təmin etsin;

6.3. “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini “Elektron Hökumət İnformasiya Sistemi” vasitəsilə təmin etsin.

7. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

7.1. Sistemi mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və həmin Sistemin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirsin;

7.2. Sistemin informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə sahib və operatorla birlikdə zəruri tədbirlər görsün.

8. “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 492; 2007, № 11, maddə 1103; 2011, № 7, maddə 645; 2014, № 3, maddə 243; 2018, № 5, maddə 948) 1-ci hissəsi ləğv edilsin.

9. Bu Fərmanın 3-cü hissəsi ilə təsdiq edilən Əsasnamənin 1.4-cü bəndi və 6-cı hissəsi 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol