Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Xankəndi şəhərindəki poliklinikaya ümumilikdə 14 müraciət daxil olub və onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Qurumdan BUTA.TV-a verilən məlumata görə, təcili və təxirəsalınmaz tibbi yardımla bağlı müraciət edən 2 nəfərə çağırış ünvanında ilk yardım göstərilib. Poliklinikaya müraciət edənlərdən 5 nəfəri erməniəsilli olub.
Qeyd edək ki, bu il oktyabrın 1-dən etibarən Xankəndi şəhərində ambulator poliklinika və tam heyətlə, eləcə də tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub.
Poliklinikada 3 ümumi müayinə otağı, kiçik cərrahi əməliyyatlar və sarğı otağı, 1-i yataqbaşı monitor və oksigen balonu ilə təchiz olunmaqla 2 müşahidə və manipulyasiya otağı mövcuddur.
Eyni zamanda poliklinikada pasiyentlərə elektrokaardioqramma müayinəsinin aparılmasına da başlanılıb.
- Beyləqanda silahlı insidentlə bağlı istintaq tamamlandı
- Şahin Şıxlinski ilə bağlı şok qərar
- “10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
- Şəhid övladları üçün “Zəfər” Amerika Yay Düşərgəsi keçirilir
- Bankdan 200 minlə çıxan şəxsin pulu ələ keçirildi - Anbaan video
- Tofiq Mirzəyev İsraildə dəfn edilib - Fotolar
- 21 yaşlı gənc suvarma hovuzunda boğuldu
- Bu imtahana giriş üçün 40 manat ödəyəcəksiniz