İsrail-Fələstin münaqişəsinin tarixi fonunda hərbi toqquşmanın istənilən vaxt baş verməsi təəccüblü deyil, lakin HƏMAS-ın qəfil raket hücumuna başlaması “niyə indi?” sualını önə çıxarır. Və diqqəti üçüncü tərəfə, daha çox İranın üzərinə yönəldir.
Xameneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi HƏMAS-ın hücumunu “nəcib əməliyyat” adlandırıb və qeyd edib ki, “İran qoşunları fələstinlilərlə çiyin-çiyinə” vuruşacaq”.
Tehranın HƏMAS-İsrail müharibəsi və eskalasiyanın daha da genişlənməsində birdən çox marağı görünür:
- İsrail İrana müdaxilə üçün beynəlxalq koalisiyanın yaradılması istiqamətində işləyir: bu ilin əvvəlində İrana dron hücumlarından sonra İsrailin beynəlxalq koalisiya yaratmaq cəhdləri nəticə verməsə də, məsələ hələ də gündəmdədir; Tehranın buna cavab olaraq, İrana müdaxiləyə hazırlaşan İsraili öz evində müharibəyə cəlb etdiyini demək mümkündür;
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- İsrail ərəb dünyası ilə problemlərin həlli istiqamətində çalışır, hərçənd, bu müharibə onun ərəb ölkələri ilə münasibətlərini kəskinləşdirəcək: bu, İrana qarşı mümkün cəbhənin qurulmasında İsrailə problemlər yarada, o cümlədən, İran-Səudiyyə münasibətlərinin normallaşması fonunda Tehrana ərəb dünyası ilə “Fələstin məsələsi” üzərindən birləşmək imkanı verə bilər;
- Müharibənin uzanması Türkiyə-İsrail münasibətlərini də gərginləşdirə və təkcə iki ölkənin yox, Bakı-Ankara-Təl-Əviv xəttində də çatlar yarada bilər: kiçik ehtimal kimi görünür, lakin İran bunun baş verməsini çox istəyir;
Müharibənin gedişində Hizbullah və Suriyada İrana bağlı qrupların da İsrailə qarşı hücuma keçməsi, eyni zamanda, üç cəbhədən – Qəzza, Livan və Suriyadan raket zərbələrinin endirilməsi ssenarisi istisna deyil. Səfəvinin dediyi “İran qoşunları fələstinlilərlə çiyin-çiyinə döyüşəcək” sözləri də bununla bağlı ola bilər.
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı