Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada 2024-cü ildə keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin Ukraynadakı müharibədən dolayı ləğv edilməsini təklif edib.
BUTA.TV xəbər verir ki, bu sözləri Kadırov Kreml rəhbəri Vladimir Putinin ad günü münasibətilə Qroznıda təşkil edilən aksiyada çıxışı zamanı deyib.
“Prezidentə sağlamlıq və uzun ömür arzu edirəm. Elə indi təklif edirəm ki, xüsusi hərbi əməliyyatın (Ukraynada müharibə - red.) getdiyi zamanda seçkilərdə vahid namizədimizin Vladimir Putin olması ilə bağlı yekdilliklə qərar qəbul edək. Yaxud, seçkiləri müvəqqəti olaraq ləğv edək. Çünki bu gün ölkəmizi qoruya biləcək başqa bir şəxs yoxdur”, - deyə o bildirib.
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək
- Qabil Məmmədovla bağlı qərar verildi
- Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?
- Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - Əli Əhmədov
- Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?
- Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi