HƏMAS-ı İran maliyyələşdirir, bu hücumun da əsas səbəblərdən biri Təl-Əvivin Səudiyyə Ərəbistanı ilə barışmaq niyyətidir.
Bu sözləri BUTA.TV-a güneyli jurnalist və milli fəal Əli Süleymani deyib. İsrailin son günlər ərəb ölkələri ilə dostluq münasibətinə can atmasının Tehran rejimini qıcıqlandırdığını vurğulayan Süleymani bildirib ki, İran müsəlman dünyasında nüfuzunun itirilməsindən ehtiyat edir:
“İsrailə hücumun miqyası böyükdür. Təl-Əvivə kimi raket zərbələri endirməklə İsrailin başını qatmaq istəyirlər. Hərtərəfli hücum sadə bir həmlə deyil və barışığın qarşısını almağa yönəlib. Səudiyyə Ərəbistanı ilə İsrailin barışması Tehran hökumətinə böyük zərbə sayıla bilər. Hətta İran rəsmiləri və Xamenei bu barışığı “islam dünyasına xəyanət” adlandırmışdı. Xameneinin ötən gün İsrailə təhdidedici mesajını da gözardı etməməliyik. İsrailin İranın qonşuları ilə yaxşı münasibətləri yaranıb. Azərbaycan və Türkmənistandan sonra Ərəbistanla da Təl-Əviv dostluq əlaqələrini gücləndirsə, İran rejimi özünü təhlükədə hiss edəcək. Həmçinin, Ərəbistan islam dünyasının mərkəzidir. Belə bir dövlətlə barışmaq Təl-Əviv üçün də önəmlidir. İsrail ərəb ölkələri ilə əlaqələrini normallaşdırarsa, İran təcrid olunacaq”.
Əli Süleymani bu yaxınlarda İsrailə məxsus PUA-ların İran daxilində uçuşlar həyata keçirərək, bəzi gizli hərbi obyektlərə zərbə endirməsi faktını da xatırladıb:
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
“İsrail İranın Kirmanşahda dağların altında yerləşən hərbi hissələrinə hava zərbələri endirdi. Bu isə İran üçün istər maddi, istərsə də mənəvi itki idi. Tehran rejimi bir növ bu hücumun qisasını HƏMAS vasitəsi ilə almış oldu. İsrailə, hətta Təl-Əvivə əks-həmlə etməklə müharibəni İsrailin daxilinə yönəldir. Həmçinin İsrail cəmiyyətində qorxu yaratmağa çalışır”.
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı