Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata açıqlamasında deyib.
Gürcüstanın baş naziri bu ilin aprelində Qəbələyə səfərə və səmimi qəbula görə dövlət başçısına minnətdarlığını bildirib.
"Bizim Azərbaycan Prezidenti ilə çox səmərəli görüşümüz oldu, bir çox məsələləri, o cümlədən enerji, nəqliyyat və logistika sahəsində əməkdaşlığı müzakirə etdik. Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir. Bu il ticarət dövriyyəsi artmaqda davam edir; ötən dövr ərzində artıq 15 faiz artıb”, - İ.Qaribaşvili vurğulayıb.
O, həmçinin ilin sonuna qədər Gürcüstanda dəmir yolu rabitəsinin genişləndirilməsinin başa çatdığını açıqlayıb ki, bu da Bakı-Tiflis-Qars nəqliyyat marşrutunun imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır
- Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı
- Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı
- Arvadının boğazını kəsən kişiyə ağır cəza...
- Həmin görüntülər araşdırılıb - Sürücülərlə bağlı tədbir görüldü