Dövlət Vergi Xidməti model Səmra Hüseynovanı cərimələyib. Bu haqda model özü məlumat yayıb.
Səmra ilk olaraq nazirliyin onu "TikTok"dakı canlı yayımlarına və orada qazandıqlarına görə (canlı yayımda göndərilən hədiyyələr sayəsində pul qazanırlar - red.) 7886 manat 57 qəpik dəyərində cərimələnib. Qrum bununla bağlı modelə məktub göndərib. Səmra məsələ ilə bağlı bunları bildirib:
"Sentyabrın 6-da Dövlət Vergi Xidmətindən mənə göndərilən sənədə əsasən "TikTok"dakı fəaliyyətimə görə, 1144 manat 65 qəpik cərimələnmişəm və ödəmişəm. Sonra isə sözügedən qurum mənə yenidən sənəd göndərir ki, sizin 7886 manat 57 qəpik dəyərində cərimə borcunuz var. Bu məbləği ödəməlisiniz. Bu nə dərəcədə doğrudur? Axı hansı qanunvericilikdə bu haqda məlumat var?"
İşsiz, evsiz bir insan "TikTok"dan gəlir əldə edib, 7886 manat 57 qəpik pul ödəməyi harada görünüb? Mənim o qədər pulum olsa, gedib ev alaram. Oradan gələn jetonların sayı cəmi 2 milyondur. O da 10 min manat pul edir. 10 min manat pula mən necə 7886 manat 57 qəpik pul ödəyə bilərəm?
Büdcəmdə o qədər pul yoxdur ki, mənə yazılan o cəriməni ödəyim. O cəriməni ödəməyəcəyəm. Sizdən tələb edirəm, yazılan o əsassız cəriməni siləsiniz. Çünki mən 1144 manat 65 qəpik evimin kirayəsini deyil, sizin kəsdiyiniz cəriməni ödəmişəm".
Səmra daha sonra yenidən paylaşım edərək "VÖEN-im bağlı olduğu halda özləri açıb. Vergi ödəyicilərinə xidmət baş idarəsinin rəisi Məhəmməd Yunusovun qəbuluna gəlmişəm, məni qəbul etmir" sözlərini yazıb./Qaynarinfo
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...