“Şübhəsiz ki, İsrail və Fələstin arasında bu gərginlik İranın HƏMAS-a maddi və silah, eyni zamanda informasiya dəstəyi əsasında başladı. HƏMAS-ın sözçüsü aşkar şəkildə dedi ki, İran bu hərəkatın başlanmasında onlara dəstəkçi olub. Hətta ötən gün HƏMAS lideri İran prezidenti İbrahim Rəisiyə müraciət edərək xoş bir xəbər verirmiş kimi, bu hərəkatın genişlənəcəyi müjdəsini də verdi”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin deyib. Onun sözlərinə görə, bu dialoqlardan açıq şəkildə məlum olur ki, İsrailə hücumun arxasında duran ölkə məhz İrandır: “Münaqişənin başlanmasının digər bir səbəbi isə Bayden hakimiyyətinin İrana qarşı sanksiyaları azaltması və bu ölkəyə axan investisiyanın qarşısını almamağıdır. Bu da İranın bölgələrdə “Həmas”, “Hizbullah” kimi terrorçu qruplaşmaları maliyyələşdirməsinə şərait yaradır. Nəticədə yüzlərlə mülki şəxs zərər görür.
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandiri general Qasım Süleymaninin yerini alan İsmail Qaani üzərindən təbliğatlar apararaq, ondan bir qəhrəman yaratmağa çalışırlar. İranın dini ali lideri, o cümlədən XİN-i və prezidenti öz bəyanatlarında dəfələrlə İsraili məhvə məhkum edəcəklərini bildiriblər. İran bu hərəkatla göstərməyə çalışır ki, İsrail zəif dövlətdir və asanlıqla onu məhv edə bilərlər.
İndiki vəziyyətdə İran bölgədə Azərbaycana psixoloji cəhətdən “mən güclüyəm” mövqeyindən çıxış etməyə, eləcə də “sizin müttəfiqinizi istədiyim an məhv edə bilərəm” düşüncəsini yeritməyə çalışır. Digər bir yandan isə bu hərəkat İranın əliylə Ermənistanda bir ruh yüksəkliyi yaradaraq, Azərbaycan və Ermənistan arasında bağlanan sülh prosesini baltalamaq səyidir ki, bu hal da bölgədə qeyri-sabitlik yaratmaqdan başqa heç nəyə xidmət etmir”.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Mahmud Bilgin bildirib ki, İranın hazırda üstün mövqedə görünməsi müvəqqətidir. Çünki İranın daxilindəki savaş əslində onun özünə kifayət edir:
“Fikrimcə, İran nə qədər çalışsa da, bu, keçicidir. Çünki İsrailin Qərb kəşfiyyat idarələri, eyni zamanda hegemon dövlətlər tərəfindən dəstəklənməsinə, o cümlədən ona humanitar və silah köməyinin olunduğuna şahidik. Bu isə vəziyyəti İsrailin maraqları istiqamətində dəyişəcək. Hətta amerikalı bir politoloq vəziyyəti şərh edərək bildirib ki, “İran sabitliyi pozaraq Suriya və Livandan “Hizbullah” qüvvələrini münaqişəyə cəlb etsə, o zaman biz İranın neft emalı zavoduna, o cümlədən yeraltı nüvə proqramı bazalarına F-16, F-35-lərlə hücum zərbələri endirəcəyik”.
Münaqişə daha da gərginləşsə, yaxın günlərdə regionda qeyri-sabitlik hökm sürəcək. Düşünürəm ki, indiki vəziyyətdə baş verənlər İranın mənfəətinə qulluq etsə də, gedişatda onun zərərinə olacaq. Artıq heç bir Qərb ölkəsi İrana sanksiyadan çəkinməyərək təzyiqləri artıracaq.
Bu hərəkat Bayden hakimiyyətinin eynilə Tramp dövrü kimi İrana qarşı münasibətinin radikallaşmasına səbəb ola bilər. Digər bir ifadə ilə desək, ABŞ İrana açıq şəkildə təzyiq etməkdən çəkinməyəcək. Bu isə İranın onsuz da məhv olmuş iqtisadiyyatını daha da məhv edəcək.
Bir məsələni də əlavə etmək istəyirəm ki, İranda yaşayan bəxtsiz millətlərin sərvətini İran rejmi “Hizbullah”a, “Həmas”a, “Həşt-Şəbi”yə, yaxud Yəməndə olan “Husilər” kimi bir çox trol qruplarına xərcləyərək öz təbliğatını gücləndirməyə çalışır. Hətta 3 il əvvəl HƏMAS-ın qurucusu Mahmud Zahar öz çıxışında İrana səfəri zamanı dəstək istədiklərini, Qasım Süleymaninin isə 22 milyon ABŞ dolları dəyərində xarici valyutanı bir təyyarənin köməyi ilə Fələstinə apardıqlarını açıqladığını bildirmişdi.
İran xalqının yoxsulluq və səfalət içində yaşamağının ən böyük səbəblərindən biri rejimin digər ölkələrdə maliyyələşdirdiyi bu və bu kimi silahlı qruplaşmalardır. Amma bu qədər kömək və təbliğat nəticəsində regionda təsirsiz bir vəziyyətə gəlib, ümumiyyətlə, bütün səylərinə rəğmən, nə Qafqazda, nə də Orta Asiyada özünə yer edə bilib. Əsasən izlədiyi ermənipərəst mövqeyi II Qarabağ müharibəsi nəticəsində alt-üst olub və belə də davam edəcək”.
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı