Rəqsanə İsmayılovanın müğənni qızı Aysun İsmayılova paylaşımı ilə gündəmə gəlib.
BUTA.TV xəbər verir ki, bir müddət əvvəl həyat yoldaşı Eşqindən boşanan Aysun maşınında çəkdiyi videosunu izləyiciləri ilə bölüşüb. O, Aslixan və Delinin "Lazımsan" mahnısının sədaları altında videosunu çəkib və paylaşaraq üzərinə qırmızı ürəkli "R" hərfi yazıb. Onun bu addımı isə izləyicilərini çaş-baş salıb. Bəziləri gənc ifaçının yeni eşq yaşadığını iddia edib.
Qeyd edək ki, ötən il evlənən cütlük bu il ayrılmaq qərarı alıb. Mayın 26-da Aysunun keçmiş əri Eşqin Cəlilov ona fiziki şiddət göstərdiyi üçün barəsində şikayət olmuşdu və o, 30 sutkalıq həbs olunmuşdu. Aysun İsmayılovanın şikayəti geri çəkməsindən sonra Eşqin azad olunmuşdu.
- Əli Əsədovdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
- Ərdoğanın Ermənistana Azərbaycan şərti... - Safrastyan
- Pezeşkian Azərbaycanla bağlı bu tapşırığı verib...
- İranın Afrikadakı casus şəbəkəsi - Çad ifşa etdi
- Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı
- İlham Əliyev və Pelleqrini Devin qəsrində
- İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto
- Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı