İsraildə Adar və İtay Berdiçevski adlı ər-arvad evlərinə girən 7 HƏMAS döyüşçüsünü öldürüb.
“BUTA.TV” xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı cütlük İsrail ordusunda zabit kimi xidmət etdiklərindən evdə silahları olub. Məlumata görə, silahlı şəxslər evlərinə yaxınlaşarkən cütlük 10 aylıq əkizlərini xilas etmək üçün onları zirzəmidə gizlədiblər. Onlar terrorçulardan yeddisini güllələyib öldürsələr də, hər ikisi sonradan digər dəstə üzvləri tərəfindən qətlə yetirilib. Hücumdan 14 saat sonra ailənin qohumları əkiz körpələri sağ-salamat tapıblar.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Hazırda döyüşlər davam edir.


- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı