““Artsax”ın (keçmiş separatçı rejim - red.) gələcəyi əsasən bizim xalq olaraq onun “liderlərinin” həbsdə qalması faktına necə münasibət bildirməyimizdən asılıdır”.
BUTA.TV erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi yerli politoloq, “Voskanapat” analitik mərkəzinin təsisçisi Hrant Melik-Şahnazaryandır.
“Bu gün bütün dünya erməniləri bir yumruq halında birləşməli və Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, David İşxanyan, Ruben Vardanyan, David Manukyan, Levon Mnatsakanyan və David Babayanın tezliklə azadlığa buraxılması üçün mübarizə aparmalıdırlar. Təbii ki, biz digər hərbi əsirlərimizin məsələsini də nəzərdən qaçıra bilmərik, lakin qeyd olunanlar prioritetdir”, - deyə Şahnazaryan bildirib.
Erməni ekspertin sözlərinə görə, əgər ermənilər gələcəkdə Qarabağ uğrunda döyüşmək, xüsusən status tələb etmək hüququ qazanmaq istəyirsə, mübarizəni bir saniyə belə dayandırmamalıdırlar.
“Nə qədər ki, onlar dəmir barmaqlıqlar arxasında saxlanılır, Ermənistan və “artsaxın” (qondarma - red.) bir şansı yoxdur. Bu barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Ancaq bu problemi həll etmək üçün daim düşünmək və çalışmaq lazımdır”, - deyə Şahnazaryan müharibə sevdasından vaz keçmədiklərini bu sözlərlə təsdiqləyib.
- Nikol və Anna Zəngəzurda: Sisiyana helikopterlə uçdular - Video
- Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…
- MİQRASİYA XİDMƏTİ DƏ SAHİBKAR “OVU”NA ÇIXIB – Bu “tələyə” düşən sahibkarlar kütləvi şəkildə cərimələnir
- Onunla görüşməyi özümə yaraşdırmıram - Şeyx
- Mask Medvedyevin zarafatına belə reaksiya verdi
- Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq
- İki azyaşlı erməni Azərbaycan ərazisinə keçdi
- Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir