Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ilin sonuna illik inflyasiyanın 6 % civarında olacağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Bu ilin avqust ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 108 % təşkil edib. Yəni əmtəə və xidmətlər 8 % bahalaşıb. Bura həm ərzaq, həm də qeyri-ərzaq malları aiddir. Proqnozlarımız göstərir ki, bu ilin sonuna illik inflyasiya 6 % civarında olacaq. Bu da AMB-nin hədəf diapazonununa (4+-2) yaxındır və iqtisadi inkişafımız üçün vacibdir. Bizim əsas məqsədimiz də elə inflyasiyanın idarə edilməsidir", - deyə o qeyd edib.
Bundan başqa, baş bankir deyib ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının məzənnəsindəki kəskin dəyişikliklərin yerli valyuta bazarına, milli valyutanın - manatın məzənnəsinə birbaşa təsiri yoxdur: "Bizim ticarət tərəfdaşlarımızın milli valyutaları ucuzlaşanda qısa müddətdə, yəni 3-6 aylıq inflyasiyamız azalır.
Çünki o ölkələrdən idxal olunan mallar ucuz olur. Ticarət tərəfdaşlarımızın milli valyutalarında ucuzlaşma uzunmüddətli olsa, bu, həmin ölkələrdə inflyasiyanı artıracaq, 3-6 aydan sonra həmin inflyasiya ölkəmizə də idxal olunacaq".
- Ceyhun Bayramov Keniyaya yola düşdü
- Qərbi Azərbaycan yaradıla bilər - Krılov
- Ukrayna Rusiyaya dronları hansı ölkədən keçirib? – Sensasiya
- 28 Mayı üç qardaşa layiq qeyd etdik - Ərdoğan
- İlham Əliyevdən millinin qələbəsinə reaksiya - Foto
- Rusiya niyə atəşkəsdən qorxur?
- Rusiya və Ukrayna razılaşdı: 6 min cəsəd təhvil veriləcək
- Qarabağda yaralar sürətlə sağalır, biz də... - Ərdoğan