Erməni separatçıların Qarabağda bütün silahları təhvil verdiyinə şübhə edirəm. Yüngül çaplı silahların bir qismini meşələrdə əvvəlcədən özləri üçün müəyyənləşdirdikləri yerlərdə qazıb gizlədə bilərlər. Çünki separatçılar təslim olub Azərbaycan ərazisini tərk etsələr də, gələcəkdə yenidən geri qayıdıb silahlı mübarizə ilə bağlı planlar qurmaları istisna deyil.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloqun fikrincə, bəziləri “Azərbaycan vətəndaşlığını qəbul edirəm” adı altında geri dönüb sonrakı illər üçün çirkin planlarını hərəkətə gətirə bilərlər:
“Bu səbəbdən geri qayıtmaq istəyən ermənilər nəzarət altında olmalıdırlar. Qarabağ meşələrində gizlənən separatçılar da ola bilər. Ərazi kiçik deyil, separatçılar Azərbaycanı tərk etmədən əvvəl içərilərindən bir qrupunu meşələrdə yerləşdirə bilərdilər. Antiterror əməliyyatından sonra hərbçilərimizə arxadan atəş açanlar olub. Bu ehtimalları gözardı edə bilmərik. Kremlin Rusiya hərbi kontingentini bölgəni tərk etməsini yubatmaq istəklərindən biri də meşələrdə erməni separatçıların varlığı ola bilər”.
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var
- “Qarabağ” vurdu, sayılmadı - Canlı-Yenilənir
- Bu universitetə magistr qəbulu ləğv edildi
- Cəlilabadda park salırdılar, qədim dövrə aid əşyalar tapdılar - Foto
- Bakının iki rayonunda qaz kəsiləcək
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Bir daş təkcə qatarın şüşəsini sındırmır, həm də... - Video