Qarabağda keçmiş separatçı rejimin “rəhbərlərindən” olmuş Arkadi Qukasyanın Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmamışdan öncə nələr etdiyi məlum olub.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Qukasyan saxlanılmamışdan bir neçə saat öncə bütün yaxınlarına zəng edib.
“İravunk” nəşri Qukasyana yaxın mənbələrə istinadən yazır ki, o, qohumları ilə telefonda danışarkən, “hər şeyin yaxşı olacağını, tezliklə Ermənistana gələcəyini” deyib.
Görünür, A.Qukasyan Laçın sərhəd-keçid məntəqəsindən keçə biləcəyini düşünüb. İstisna deyil ki, o, Rusiya sülhməramlılarının onu qoruyacağını ehtimal edib, buna görə də qohumlarına “tezliklə gələcəyini” deyib. Qandallanaraq, Bakıya gətirilməsi onun üçün gözlənilməz olub.
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?